ən son yayımlar

6/recent/ticker-posts

Header Ads Widget

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Merçendayzinq üzrə təlim keçiriləcək

 Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi  “Merçendayzinq” üzrə təlimə müraciətləri qəbul edir.

 Merçendayzinq üzrə təlim zamanı iştirakçılar promo məhsulların, marketinq materiallarının və hədiyyələrin satış nöqtələrinə çatdırılması, şirkətlərin tələblərinə uyğun yerləşdirilməsi, onlara nəzarət, reklam edilməsi kimi müxtəlif istiqamətlərdə bilik və bacarıqlar əldə edəcəklər. Təlim zamanı iştirakçılar işin birbaşa icra edildiyi məkanlara səfər etmək və təcrübə keçmək imkanı da əldə edəcəklər.Təlimlər hibrid formatda keçirilməklə, həm ənənəvi həm də onlayn şəkildə təşkil ediləcəkdir.

 Təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

 Əsas seçim meyarları: 

Minimum tam orta təhsil;

Fikrini aydın izah etmək bacarığı; 

Azərbaycan dilində səlis danışıq bacarığı;

Rus dili bilikləri üstünlükdür;

Ünsiyyət və təqdimat bacarıqları.


 Təlimin müdddəti: 1 ay

Təlimlərdə iştirak ödənişsiz əsaslarla keçirilir. 

 Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim ediləcək.

30 sentyabr 2021-ci il tarixinədək buradan müraciət  göndərə bilərsiniz: 


 Sualınız yarandığı təqdirdə telim@vet.edu.az ünvanına müraciət edə bilərsiniz.

  Qeyd: Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə peşə təhsil mərkəzlərində keçirilən qısamüddətli təlimlərdən yalnız bir dəfə ödənişsiz əsaslarla yararlanmaq imkanı verilir.

Yorum Gönder

0 Yorumlar

Sualınız var? Bizimlə WhatsApp vasitəsi ilə əlaqə yaradın
Salam, sizə necə kömək edə bilərik? ...
Söhbətə başlamaq üçün klikləyin...